5 il zəmanətlə hovuz
Hovuzların tikintisi, fəvvarələr inşası, suvarma sistemləri
Hovuzların tikintisi, istənilən formada hovuzlar
2000-ci ildən etibarən şirkətimiz Azərbaycanda hovuzlar inşa edir. Bu illər ərzində biz yüzlərlə hovuz və fəvvarə tikmişik — istirahət villalarında və kotteclərdə, idman tədbirləri üçün, həm açıq, həm də qapalı şəxsi ərazilərdə.
Sizin hovuz layihəniz bizimlə etibarlı əllərdədir.
Hovuzların tikintisi, SPA mərkəzləri tikintisi
- Skimmer hovuzları
- Daşma hovuzlar
- Üstü örtülü hovuzlar
- Hovuzların təmiri
- Fəvvarələr
- Suvarma işləri
- Park suvarma
- Tarla suvarma
- Türkiyə istehsalı fitinqlər və aksessuarlar
- Rəsmi zəmanət
25 il ərzində yüzlərlə hovuzlar tikilib və təhvil verilib
Bu hovuz qapalı məkanda tikilib. Hovuzun içinə 4 nəfərlik cakuzi quraşdırılıb. Müştərinin tələbinə əsasən premium sinif materiallardan istifadə olunub.
Parklarda və şəxsi ərazilərdə fəvvarələrin tikintisi. Şirkətimizin bu sahədə də böyük təcrübəsi var. Sizə ən yüksək keyfiyyət təklif edəcəyik.
- İşıqlandırmalı və işıqsız fəvvarələr
- Restoranlar üçün fəvvarələr
- Şadlıq evləri üçün fəvvarələr
Suvarma sistemlərin inşası, özel və park sahələri üçün. Damlama suvarma.
Biz suvarma sistemlərini aşağıdakı ərazilərdə qururuq:
- Parklarda və şəxsi sahələrdə
- Qapalı tipli ərazilərdə
- Kənd təsərrüfatı üçün suvarma sistemləri
Hovuz tikintisi bizimlə - gözlənilən nəticə
25 ildən artıq təcrübəyə malik hovuz tikintisi – etibarlılıq və zəmanətli nəticə deməkdir. Azərbaycanda bizim qədər təcrübəyə malik ikinci bir şirkət yoxdur. Buna görə siz keyfiyyət və etibarlılıq baxımından ən yaxşı hovuzun sahibi ola bilərsiniz.
Biz materiallardan, betondan, armaturdan və hidroizolyasiyadan qənaət etmirik — məhz bu, nəticəyə zəmanətdir.
Biz sizə dəyəri 25 min olan işi 15 minə satmağ niyyətində detilik
Ucuz hovuzlar baş ağri səbəbidir.
Ustalarımız güclü türk tikinti məktəbinə mənsubdur
Hər bir usta öz işinin peşəkarıdır:
- Betonçu və armaturçu – konstruksiya ilə işləyir
- Elektrik – elektrik işlərinə cavabdehdir
- Hidroizolyasiya üzrə mütəxəssis – yalnız öz sahəsində fəaliyyət göstərir
- Mozaika ustası – yalnız bu istiqamətdə ixtisaslaşıb
- Rəhbərimiz və mühəndisimiz – hovuz tikintisi sahəsində ən yaxşı mütəxəssislərdir.
Hovuz tikintisində aşağıdakı kimi vacib məsələlərdə qənaət etmək olmaz:
- Betonun keyfiyyətinə və qalınlığına
- Metall karkasın möhkəmliyində
- Hidroizolyasiya materiallarında
- Elektrik xətlərində
- Dövriyyə sistemində
Mozaikanı, paslanmayan poladdan pilləkənləri və işıqlandırmanı sonradan dəyişmək mümkündür.
Ancaq zəif karkaslı və sızan hovuzu yenidən tikmək lazım gələcək — çünki belə hovuz uzunömürlü olmur.
Aquatek – hovuzların, suvarma sistemlərinin və fəvvarələrin tikintisi
Hovuz, fəvvarə və ya suvarma sistemini elə tikmək ki, müştəri tam razı qalsın — bu, hər kəsin bacardığı iş deyil. Biz bunu artıq 25 ildir edirik. Müştərilərimiz hər zaman gözlədikləri nəticəni əldə edirlər.




Hovuzların tikintisi, fəvvarə tikinti işləri, suvarma sistemləri
Hovuzların tikintisi, 25 illik uğurlu təcrübə əsasında zəmanətli hovuzlar. Şirkətimiz artıq 25 ildir ki, hovuzların tikintisi ilə məşğuldur. Hər bir layihə bizim üçün təkcə uğur deyil, həm də dəyərli təcrübədir. Hovuz tikmək təklif edən çoxdur, amma bizim qədər təcrübəyə malik olan şirkət Azərbaycanda yoxdur. Sözün əsl mənasında, biz bu sahənin mütəxəssisləriyik.
Hovuz tikintisi ilk baxışda asan görünsə də, əslində elə deyil
Müştərilər adətən düşünürlər ki, hovuz tikmək asan və tez bir işdir. Amma bu, tamamilə belə deyil. Təcrübəsi az olan ustalar üçün, hətta müəyyən təcrübəsi olanlar üçün belə ciddi risklər mövcuddur.
Azərbaycanda ən çox rast gəlinən iki əsas hovuz növü var — skimmer tipli və daşma (pereliv) tipli hovuzlar.
Bu iki növ arasında fərqlər olduqca böyükdür. Hər biri haqqında saytımızın müvafiq bölmələrində ətraflı məlumat tapa bilərsiniz. Orada hər şeyi detallı şəkildə izah etmişik ki, sizə qərar vermək daha asan olsun.
Landşaft suvarma işləri, tarla suvarma
Landşaft suvarma işləri – bizim ixtisaslaşdığımız əsas istiqamətlərdən biridir. Əgər sizə suvarma ilə bağlı xidmətlər lazım olarsa, biz hər zaman qoşula və işi peşəkar şəkildə yerinə yetirə bilərik. Əgər sizin layihəniz varsa, onu bizə göndərə bilərsiniz. Mütəxəssislərimiz layihə ilə tanış olacaq, sizin üçün qiymət təklifi hazırlayacaqlar. Əgər layihənizi optimallaşdırmaq üçün bir yol tapsaq, bunu məmnuniyyətlə sizinlə bölüşəcəyik.
Biz parklar və geniş ərazilərdə suvarma layihələrini asanlıqla həyata keçiririk. Məsələn, bu, otel və ya restoran ərazisi də ola bilər. Eyni zamanda, damcı və ya axınlı suvarma sistemləri ilə də işləyirik. Bundan başqa, biz həmçinin fərdi ərazilərdə də fəaliyyət göstərir, fəvvarələrin tikintisini həyata keçiririk.
Suvarma layihələri həmişə fərqli olur. Hər bir layihə diqqət və dəqiqlik tələb edir. Bizim təcrübəmizdə təkcə parklar üçün damcı suvarma deyil, həm də kənd təsərrüfatı sahələri üçün suvarma sistemləri var. Peşəkar ustalarımız istənilən çətinlik səviyyəsində olan işlərin öhdəsindən mükəmməl şəkildə gəlirlər.
Bizim gördüyümüz işlərin nümunələri — bütün şəkillər bizə məxsusdur















